EN

Kompaninin siyasətçi atası: Belçika parlamentinin iclasına Bavariya” şarfı ilə gəldi

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bavariya”mım baş məşqçisi Vinsent Kompaninin atası, 78 yaşlı Pyer Kompani Belçika Nümayəndələr Palatasının iclasına Münhen klubunun şarfı ilə gəlib.

Ölkə.az xəbər verir ki,  bu gözəl jestlə o, “Real”ı məğlub edərək Çempionlar Liqasının yarımfinalına çıxan oğlu ilə qürur duyduğunu nümayiş etdirib.

Pyer Kompani Konqo Demokratik Respublikasında anadan olub. Diktator Mobutu Sese Sekoya qarşı mübarizəsinə görə vətənində təqiblərə məruz qaldığı üçün 28 yaşında siyasi qaçqın kimi Belçikaya köçə bilib.

Əvvəlcə Vinsentin atası həyat yoldaşı və üç uşağını dolandırmaq üçün maşınqayırma üzrə təhsil alarkən taksi sürücüsü kimi çalışıb. "Bavariya”nın məşqçisi 14 yaşında olanda valideynləri boşanıb və altı il sonra anası vəfat edib.

2014-cü ildə Pyer Kompani Brüssel parlamentinin üzvü seçilib və 2018-ci ildə Konqodan belə bir vəzifə tutan ilk şəxs kimi Qanşoren şəhərinin meri olub. İki il əvvəl Vinsentin atası federal seçkilərdə "Les Engages" partiyasının üzvü kimi Nümayəndələr Palatasına seçilib.(lent.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
2
olke.az

3Sources