ABŞ Prezidenti Donald Tramp İran mediasının amerikalı hərbçilərin İran ticarət gəmisinə atəş açması ilə bağlı məlumatını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, o, bu barədə açıqlamasında bildirib.
“Bu gün İran bayrağı altında üzən, uzunluğu təxminən 900 fut olan və demək olar ki, aviadaşıyıcı ilə müqayisə edilə bilən “TOUSKA” adlı yük gəmisi bizim dəniz blokadamızı yarmağa cəhd etdi və bu, onlar üçün uğursuzluqla nəticələndi. Gəmimiz onu yerindəcə dayandırdı və mühərrik bölməsində dəlik açdı… Gəmi tam nəzarətimiz altındadır və biz onun göyərtəsində nə olduğunu yoxlayırıq”, – Tramp qeyd edib.
ABŞ Hərbi Dəniz Qüvvələri İran ticarət gəmisinə atəş açıb.
Oxu.Az xəbər verir ki, məlumatı “Azad İran” “Telegram” kanalı “Mehr” xəbər agentliyinə istinadla yayıb.
Bildirilir ki, məqsəd gəmini limana qayıtmağa məcbur etmək olub.
Məlumata əsasən, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bölmələrinin gəmiyə dəstək üçün vaxtında əraziyə gəlməsi amerikalıları geri çəkilməyə və insident zonasını tərk etməyə məcbur edib.