EN

Mədəyə faydalı qidalar açıqlandı mütəxəssislərdən tövsiyələr

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Həzm sistemi problemlərinin artdığı bir dövrdə mədəyə faydalı qidalarla bağlı mütəxəssislər açıqlama veriblər. Bildirilir ki, düzgün qidalanma mədə sağlamlığının qorunmasında əsas rol oynayır.

BAKU.WS xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, yulaf mədənin selikli qişasını qoruyur və həzmi asanlaşdırır. Banan isə turşuluğu balanslaşdıraraq mədə yanmasının qarşısını almağa kömək edir.

Həkimlər həmçinin qatıq və kefir kimi probiotiklərlə zəngin qidaların bağırsaq florasını yaxşılaşdırdığını və həzm prosesini dəstəklədiyini bildirirlər.

Qeyd olunur ki, zəncəfil mədə bulantısını azaltmaqda təsirlidir, qaynadılmış tərəvəzlər isə mədə üçün daha yüngül hesab olunur.

Bununla yanaşı, mütəxəssislər yağlı, çox ədviyyəli və turşulu qidalardan uzaq durmağı tövsiyə edirlər. Bu tip qidalar mədədə qıcıqlanma yarada və həzm problemlərini artırır.

Ekspertlər vurğulayırlar ki, davamlı mədə narahatlıqları olduqda mütləq həkimə müraciət etmək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
baku.ws

2Sources