EN

"Erzurumspor" 5 ildən sonra yenidən Superliqada

Futbol üzrə Türkiyə 1-ci Liqasında 36-cı turun oyunları keçirilib."Erzurumspor" səfərdə "Bodrum"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Çempionluğu rəsmiləşdirmək üçün cəmi 1 xala ehtiyacı olan qonaqlar hələ 4-cü dəqiqədə Mustafa Fettahoğlunun qolu ilə önə keçiblər. Meydan sahibləri 55-ci dəqiqədə Əli Həbeşoğlunun qolu ilə tarazlığı bərpa etsələr də, bu nəticə Ərzurum təmsilçisinin hədəfinə çatması üçün kifayət edib. Beləliklə, Ərzurum təmsilçisi 5 il aradan sonra yenifən Superliqaya vəsiqə qazanıb.

Chosen
26
sia.az

1Sources