EN

"Sumqayıt" və "İmişli" son gündə qalib gəldi

Misli Premyer Liqasında XXVIII tura yekun vurulub. Metbuat.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub."İmişli" Yevlaxda "Kəpəz"i üstələyib. Yeganə qolu 38-ci dəqiqədə İmişli təmsilçisinin müdafiəçisi Azər Salahlı vurub. Bu nəticədən sonra "İmişli" 29 xalla 9-cu pillədə qərarlaşıb. "Kəpəz" isə 21 xalla 10-cudur.Turun son matçında "Sumqayıt" evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Sumqayıt təmsilçisinin heyətində 19-cu dəqiqədə Höccət Haqverdi fərqlənib. Bu nəticədən sonra "Sumqayıt" 35 xalla 7-ci yerdədir. 19 xala malik Qəbələ təmsilçisi isə 11-ci pillədə yer alıb.

Qeyd edək ki, daha əvvəl keçirilən matçlarda "Turan Tovuz" "Araz-Naxçıvan"ı (3:0), "Karvan-Yevlax" "Şamaxı"nı (1:0), "Sabah" "Qarabağ"ı (1:0) üstləyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Chosen
12
2
metbuat.az

3Sources