EN

Cəlilabadda toya gedən ailə üzvləri qəzaya düşüb, ölən və xəsarət alanlar var

19.04.2026-cı il tarixində saat 16:00 radələrində yol- nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Barədə TƏBİB məlumat verib.

 

2020-ci il təvəllüdlü şəxsə başın təpə və sağ tərəfli üz nahiyəsinin sıyrılmış, əzilmiş yarası diaqnozu təyin edilib.

 

1961-ci il təvəllüdlü şəxsdə (kişi) isə heç bir xəsarət müəyyən edilməyib.

 

Pasiyentə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

 

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Avtomobildə olan ailə üzvləri toya gedirmiş.

Tarix: 19 Aprel 2026, 22:19   
Chosen
5
4
pravda.az

6Sources