EN

Yarımfinal cütləri məlum oldu

ain.az bildirir, sport24.az portalına istinadən.

Azərbaycan Basketbol Liqasında (ABL) play-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib. Sport24.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" əlavə vaxtın sonunda NTD üzərində 102:97 hesablı qələbə qazanıb.

Bu qələbə ilə "Neftçi" seriyanın ümumi hesabında NTD-yə 2:1 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib. Yarımfinalda "Neftçi" nin rəqibi "Şəki" klubuna seriyanin ümumi hesabında 0:2 hesabı ilə qalib gələn "Abşeron Lions" basketbolçuları olub.

Günün ikinci görüşündə "Ordu" və "Gəncə" klubları qarşılaşıblar. Oyun "Gəncə" nin 88:78 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə "Gəncə" seriyanın ümumi hesabında rəqibinə 2:1 qalib gəlib və yarımfinalda "Naxçıvan"ı seriyanın ümumi hesabında 0:2 məğlub edən son çempion "Sabah" a rəqib olub.

Yarımfinal play-off seriyalarında ilk oyunlar 22-23 apreldə keçiriləcək. Reqlamentə əsasən seriyalarda ən tez iki qələbə qazanmış klublar finala vəsiqə qazanacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
4
sport24.az

7Sources