Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib.
Aznews.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" əlavə vaxtın sonunda NTD üzərində 102:97 hesablı qələbə qazanıb.
Bu qələbə ilə "Neftçi" seriyanın ümumi hesabında NTD-yə 2:1 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib.
Yarımfinalda "Neftçi"nin rəqibi "Şəki" klubuna seriyanin ümumi hesabında 0:2 hesabı ilə qalib gələn "Abşeron Lions" basketbolçuları olub.