EN

"Mançester Siti" "Arsenal"ı məğlub etdi

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasında 33-cü turun oyunları davam edir.

QOL.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında çempionluğun əsas iddiaçıları olan "Mançester Siti" və lider "Arsenal" üz-üzə gəliblər. Mançesterdəki "Etihad" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

19 aprel

"Mançester Siti" - "Arsenal" - 2:1

Qollar: R.Şerki, 16, E.Haaland, 65 // K.Haverts, 18

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 67-yə çatdıran "Mançester Siti" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Mançester təmsilçisinin ehtiyatda daha bir oyunu var. Aktivində 70 xal olan "Arsenal" isə məğlubiyyətə baxmayaraq liderliyini qoruyur.

Chosen
21
2
teleqraf.com

3Sources