EN

Cəlilabadda toya gedən ailə üzvləri qəzaya düşdü – Ölən və xəsarət alanlar var

Cəlilabadda toya gedən ailə üzvləri qəzaya düşüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə yeni Ələt-Astara magistralında Cəlilabad rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan “Kia” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.
Hadisə zamanı sürücünün həyat yoldaşı Əbdürrahmanova Aytel aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, bu gün saat 16:00 radələrində yol- nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.  2020-ci il təvəllüdlü şəxsə başın təpə və sağ tərəfli üz nahiyəsinin sıyrılmış, əzilmiş yarası diaqnozu təyin edilib.

1961-ci il təvəllüdlü şəxsdə (kişi) isə heç bir xəsarət müəyyən edilməyib.

Pasiyentə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Chosen
4
3
heftelik.az

6Sources