EN

Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı YENİLƏNİB

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə "Unikal"a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

"Aprelin 19-da, saat 16 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki nəfər (1-i qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2020-ci il təvəllüdlü şəxsə başın təpə və sağ tərəfli üz nahiyəsinin sıyrılmış, əzilmiş yarası diaqnozu təyin edilib. 1961-ci il təvəllüdlü şəxsdə (kişi) isə heç bir xəsarət müəyyən edilməyib. Pasiyentə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".

XXX

16:23

Cəlilabad rayonunda ağır yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

"Kia" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan Aytel Əbdürrahmanova hadisə yerində dünyasını dəyişib.

Həmçinin, avtomobildə olan iki azyaşlı uşaq yaralanıb. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
4
unikal.az

6Sources