EN

Tehran ABŞ-nin blokadasını hərbi cinayət adlandırdı

BAKI, 19 aprel. TELEQRAF

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkə limanlarına tətbiq etdiyi blokadanı qəbuledilməz sayaraq bunu hərbi cinayət kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

Məlumata görə, Bəqai bildirib ki, ABŞ-nin tətbiq etdiyi blokada bütün İran əhalisinə qarşı kollektiv cəza xarakteri daşıyır və bu, həm hərbi cinayət, həm də insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər.

O qeyd edib ki, bu addım İranla ABŞ arasında əldə olunmuş atəşkəs razılaşmasını da zəiflədib.

Bəqai əlavə edib ki, Vaşinqtonun bu hərəkətləri Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin dənizdə sərbəst hərəkət azadlığını təmin edən müddəalarını pozur.

Chosen
27
teleqraf.com

1Sources