EN

"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"

"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ən güclü tərəf olduğunu sübut edib.

Aznews.az xəbər verir ki, ​Bunu komandanın voleybolçusu Ayşən Abduləzimova deyib.

​O, final oyununa istədikləri kimi başlamasalar da, sonradan toparlanaraq qələbə qazandıqlarını bildirib:

​"Mövsümün əvvəlindən məqsədimiz yalnız çempionluq idi. Rəqibin kimliyinin fərqi yox idi, lakin bugünkü komanda bizim üçün bir qədər prinsipial rəqib sayılırdı. Çünki onlara sonuncu oyunda məğlub olmuşduq. Amma bu gün yenidən sübut etdik ki, güclü tərəf bizik".

​A.Abduləzimova komandasının mövsüm boyu göstərdiyi çıxışdan razı qaldığını vurğulayıb:

Chosen
23
1
aznews.az

2Sources