EN

Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ


İran nümayəndə heyəti çərşənbə axşamı ABŞ ilə növbəti danışıqlar raundunda iştirak etmək üçün İslamabada gələcək.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, tərəflər arasında aparılacaq müzakirələr regiondakı gərginliyin azaldılması baxımından mühüm mərhələ hesab olunur. Bildirilir ki, çərşənbə günü qüvvədə olan atəşkəs rejiminin uzadılması ehtimalı da kifayət qədər yüksəkdir.

Eyni zamanda, danışıqların uğurlu keçəcəyi təqdirdə İran prezidenti Məsud Pezeşkian ilə ABŞ prezidenti Donald Tramp arasında birbaşa görüşün təşkili də gündəmdədir. Bu görüş “Prezidentlərin görüşü” formatında keçirilə və tərəflər arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirə bilər. Musavat.com


Chosen
2
1
nuh.az

2Sources