EN

Hkan Fidan Türkiyə liderinin Putinə nə söylədiyini AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ankaranın Ukrayna üzrə danışıqları, o cümlədən dövlət başçıları səviyyəsində görüşü təşkil etməyə hazır olduğunu çatdırıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən beşinci Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında məlumat verib.

Fidan qeyd edib ki, bu məsələdə vəziyyət təkcə Türkiyənin istəyindən deyil, həm də tərəflərin hazırlığından asılıdır.

Aprelin 18-də Türkiyə hökumətindəki mənbə agentliyə bildirmişdi ki, Ankara çox qısa müddətdə Ukrayna üzrə danışıqların bərpası üzərində işləyir. Elə həmin gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın İstanbulda danışıqların bərpası imkanını müsbət qarşıladığını və "dialoqdan qaçmadığını", lakin bu mövzunu heç kimə diktə etməyəcəyini bəyan edib. Nazirin sözlərinə görə, "kim hazır olsa, təklif irəli sürsün", Rusiya tərəfi isə təklif olunan müddət, məkan və gündəliyi qiymətləndirəcək.

Chosen
5
2
publika.az

10Sources