EN

Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.

Bədənin çoxsaylı yanığı, üzün və hər iki qolun ll dərəcəli termiki yanığı diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda yaralının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

-----------

Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində "Kürə" deyilən ərazidə qeydə alınıb.

Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Xəsarət alana ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Chosen
7
6
milli.az

10Sources