EN

​Azarkeşlər məşhur məşqçini istefaya çağırdı

Türkiyənin köklü klublarından olan "Gənclərbirliyi"nın baş məşqçisi Volkan Dəmirəl doğma komanda ilə yollarını ayıra bilər. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV dünən gecə keçirilən "Gənclərbirliyi" - "Qalatasaray" matçından sonra azarkeşlərin Dəmirəli istefaya səslədiyini bildirib. İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan matç "Gənclərbirliyi"nin zəif oyunu ilə yadda qalıb.

Qeyd edək ki, Volkan Dəmirəlin baş məşqçisi olduğu Ankara klubu 30 oyundan sonra 25 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. "Gənclərbirliyi"nın adı çempionati tərk etməyə real namizəd olan klubların sırasında çəkilir.

Chosen
24
1
metbuat.az

2Sources