EN

Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…



Latviya və Litva 9 Mayda Moskvada keçiriləcək paradda iştirak etməyi planlaşdıran Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi üçün hava məkanlarını bağlayıblar.

Bu barədə Slovakiya Baş naziri açıqlama verib.

“Litva və Latviya artıq bildiriblər ki, Moskvaya yola düşərkən onların əraziləri üzərindən uçuşa icazə verməyəcəklər. Aİ üzv dövlətləri digər Aİ üzv dövlətinin baş nazirinə öz əraziləri üzərindən uçuşa icazə vermir”, – deyə Fitso bildirib.

Bununla yanaşı, Fitso alternativ marşrut tapmağa nail olacağını bildirir.

“Əminəm ki, ötən il Estoniyanın planlarımızı pozduğu kimi, başqa bir marşrut da tapacağam”, – Slovakiyanın Baş naziri bildirib.

Tahir TAĞIYEV

Chosen
35
baki-xeber.com

1Sources