EN

Havanın temperaturu 5-8 dərəcə enəcək



Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək.

"aia.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 20-dən 21-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında intensiv yağışın bir qədər güclənəcəyi istisna olunmur. 20-si gündüz saatlarında yağıntıda fasilə olacaq.

Azərbaycanın rayonlarında aprelin 20-21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.



Chosen
10
31
aia.az

10Sources