EN

Serbiya Prezidenti Bakıda keçiriləcək WUF13-də iştirak edəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında (WUF13) iştirak edəcək.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Aleksandar Vuçiç aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrin daha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirə ediblər.

Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsinin Azərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və iqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişaf etdirmək əzmini bir daha vurğulayıb.

Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclü tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib.

Chosen
4
8
day.az

10Sources