EN

“Görünür, səssiz müdrikliyin vaxtı gəlib“

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

"Ölkə.az" xəbər verir ki, sənətçi cəmiyyətin məsləhətə münasibəti ilə bağlı fikirlərini bölüşüb:

“Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi: hörmətlə qəbul edilirdi, qorunurdu, ötürülürdü. Bu gün isə məsləhət deyilir, amma ünvanına çatmır, səs-küydə itib gedir, hər kəsin öz həqiqəti varmış kimi.

Məsləhət vermək qəribə bir məşğuliyyətə çevrilib: sən öz təcrübəni, yaşadıqlarını, səhvlərini paylaşırsan, qarşılığında isə ya sükut, ya da laqeydlik görürsən. İnsanlar eşitmək yox, hər şeyi özləri yaşayıb anlamaq istəyirlər, hətta bunun bədəli öz yaraları olsa belə.

Görünür, səssiz müdrikliyin vaxtı gəlib. Nə sübut etməyə ehtiyac var, nə də kiməsə yol göstərməyə. Qoy hər kəs öz yolunu özü seçsin, eyni dərslərdən keçsə belə.

Məsləhət — minnətsiz bir işdir. Bəlkə də onun mənası da bundadır: qarşılıq gözləmədən demək, sadəcə deməyə bilmədiyin üçün demək”.

Chosen
11
4
olke.az

5Sources