EN

Naxçıvanda 2 avtomobil toqquşub, 1 nəfər yalanıb FOTO

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan şəhərində xəsarətlə nəticələnən qəza baş verib.

Moderator.az xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsi ilə Əziz Əliyev küçəsinin birləşməsində qeydə alınıb. Belə ki, 75-BP-194 dövlət nömrə nişanlı "İbiza" markalı avtomobillə 69-BF-438 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəsətəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır. /Azərtac/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
11
moderator.az

10Sources