EN

“Neftçi” rəhbərliyi hərəkətə keçdi – AFFA-da görüş olacaq

“Neftçi” rəhbərliyi son dönəmlərdə baş verən hakim qərarları ilə bağlı hərəkətə keçir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi mövsüm ərzində komandanın əleyhinə olan hakim səhvlərində ciddi şəkildə narahatdır. Son “Zirə” matçında baş verənlər isə artıq bardağı daşırıb.

Məhz bu səbəbdən “Neftçi” rəhbərliyi ilə AFFA arasında görüş keçiriləcək. Tərəflər arasında sabah baş tutacaq görüşün federasiyanın binasında keçirilməsi nəzərdə tutulub.

Klub idarəediciləri federasiya rəhbərliyinə hakimlərdən ciddi narazılıq edəcək və bu durumdan narahat olduqlarını bildirəcək.

 “Ağ-qaralar” hakimlər tərəfindən komandaya qarşı ədalətsizlik olduğunu düşünür. AFFA-nın bu məsələyə müdaxilə etməsini və hakimlər barədə ciddi tədbir görülməsini istəyir.

Chosen
24
idmanxeber.az

1Sources