EN

Zelim Kotsoyev bürünc medal görüşündən kənarlaşdırıldı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.

Bizim.Media xəbər verir ki, Zelim Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa "hansoku-make" aldığı üçün bürünc medal görüşündən kənarlaşdırılıb.
 

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.


Qeyd edək ki, bununla da yığma qitə birinciliyini 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Bizim.Media

Chosen
15
28
bizim.media

10Sources