EN

Paşinyandan boşanan Annanın yeni görüntüləri narazılıq yaratdı

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə ailə məsələləri ilə bağlı yerli medianın gündəminə gəlib.

Publika.az xəbər verir ki, hər şey jurnalist Lia Sarkisyan özünün Facebook səhifəsində paylaşdığı görüntüdən sonra başlayıb.

Sarkisyan statusunda yazıb: "Aydın məsələdir ki, Nikol Paşinyanın bu videosu təsadüfən çəkilməyib. Əgər Anna Hakobyanın hökumət iqamətgahında qalmasını ictimaiyyətdən gizlətmək üçün səmimi bir istək olsaydı, görüntü montaj edilərdi.
Baş nazirin keçmiş həyat yoldaşı dövlət məmurunun həyat yoldaşı statusuna malik deyil. O zaman o, niyə dövlət iqamətgahından istifadə edir? Axı bu binanın qurumların saxlanması adi insanlar ödədiyi pullar hesabına başa gəlir. Dövlət iqamətgahı baş nazirlərə bir məmur kimi verilir və təbii ki, bu imtiyaz onların ailəsinə də aiddir. Lakin indiki halda bu ailə boşanıb axı... Ona görə də Anna Hakobyanın artıq hüquqi baxımdan Nikol Paşinyanın ailəsinin üzvü hesab edilməməlidir".

Jurnalistin bu paylaşımı sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələr səbəb olub, müxalif media bunu ciddi qanun pozuntusu kimi təqdim edib.

Müəllif: Tural

Chosen
23
publika.az

1Sources