EN

Peşəkar mühasib sertifikatı almaq istəyənlərə test imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilir.

Mərkəzdən verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanın keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 6 zal admini, 39 nəzarətçi, 8 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahanda 370 nəfər iştirak edib.

Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanır.

Chosen
10
3
aznews.az

4Sources