EN

Küsənlər üçün çağırış

Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İnsanlar olandan,ölənə kimi,

Əzreyil canını alana kimi,

Ömrün sonunadək,solana kimi,

Səhflər eliyirlər,sanki qaydadı.

Edilən bu səhflər çoxlu saydadı.

******

Sən də günahkarsan,mən də günahkar,

Eləmə,başıma bu dünyanı dar,

Sən gülsən,qış dönüb olacaq bahar,

Səhflər eliyirik,sanki qaydadı.

Edilən bu səhflər çoxlu saydadı.

******

Dediyim sözləri çəpə çəkirsən,

Sanki ürəyimə kədər əkirsən,

De,niyə bu qədər zəhər tökürsən?

Yaman səhf edirik,sanki qaydadı.

Etdiyimiz səhflər çoxlu saydadı.

******

Yaradan səhf üçün üzməyir bizi,

Muncuq tək saplara düzməyir bizi,

Bizsə itiririk bir-birimizi,

Yaman səhf edirik,sanki qaydadı.

Etdiyimiz səhflər çoxlu saydadı.

******

Bağışla,gözünə gur işıq gəlsin,

Bağışla,bu işıq zülməti dəlsin,

Qoy dostlar sevinsin,düşmənlər ölsün,

Yaman səhf edirik,sanki qaydadı.

Etdiyimiz səhflər çoxlu saydadı.

******

Mən də bağışlayım,sən də bağışla,

Ya sözə önəm ver,məni alqışla,

Ya da ki,qarşıla,məni savaşla,

Səhflər eləyirik,sanki qaydadı.

Etdiyimiz səhflər çoxlu saydadı.

******

Gəlin,hər bir kəsə nümunə olaq,

Gəlin,incə olaq,xoşluqla qalaq,

Hər zaman sülh üçün nərdivan salaq,

Gəlin səhf etməyək,olsun bir qayda.

Etdiyimiz səhflər olsun az sayda.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
adalet.az

2Sources