EN

Koxalski “Qarabağ”dan gedəcəyini təkzib etmədi

“Qarabağ”ın qapıçısı Mateus Koxalski komandadan ayrılacağı ilə bağlı suala cavab verib.

Bizim.Media xəbər verir ki, o, Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb.

Koxalski bu ehtimalın yarı-yarıya olduğunu bildirib:

“Növbəti mövsüm komandada qalma şansım yarı-yarıyadır. Nə olacağını özüm də tam bilmirəm. Hazırda dəqiq şəkildə qalacağımı, yoxsa gedəcəyimi demək çətindir”.

Bizim.Media

Chosen
17
15
bizim.media

10Sources