Braziliya millsinin sabiq üzvü Robinyonun oğlu Robinyo Junior “Santos”la müqaviləsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı vingerin yeni sözləşməsi 2031-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Junior Robinyo bu mövsüm 2 oyunda meydana çıxıb. Onun “transfermarkt”da dəyəri 5 milyon avrodur.