Samuxda əkin sahəsindən kişi meyiti tapılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Yüzbaşı Həsənovun meyiti rayon ərazisində yerləşən qış otlaq sahəsindən aşkarlanıb.
İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.