EN

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənir

ain.az, Bizim media saytına istinadən bildirir.

Aprelin 19-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi qərb rayonlarında arabir yağıntılı olub.Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 7, Ordubad və Şahbuzda 3, Şərur və Daşkəsəndə 2, Gəncə, Naxçıvan, Culfa, Gədəbəy, Naftalan, Şəmkir, Zaqatala və Tovuzda 1 mm-dir.Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Xızıda 17 m/s-dək güclənir.Lerik, Sabirabad, Biləsuvar, Göygöl, Şəmkirdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
34
bizim.media

10Sources