EN

Azərbaycanda hərbçilər qəzaya düşdü,

Xəbər verdiyimiz kimi, Füzulidə yol qəzası baş verib.

Metbuat.az Unikal-a istinadən xəbər verir ki, hadisə Böyük Bəhmənli kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobil "VAZ"2107 markalı maşınla toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Vəliyev Əli Canbul oğlu və 2000-ci il təvəllüdlü Talıbov Mirqəşəm İsmayıl oğlu hadisə yerində həyatını itirib.

2 nəfər yaralı- 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev isə xəstəxanaya çatdırılıb.

Qəza zamanı ölənlərin hərbçi olduğu, xəsarət alan R.Namazəliyevin isə ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
29
1
metbuat.az

6Sources