EN

"Zənginləşdirilmiş uranı ABŞ-yə göndərmək niyyətində deyilik"

İran zənginləşdirilmiş uranı ABŞ-a göndərməyi planlaşdırmır və bu məsələ danışıqlar mövzusu deyil.

Milli.Az xəbər verir ki, "ISNA"nın məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında müəyyən mesaj mübadiləsi aparılıb, lakin ABŞ-ın irəli sürdüyü tələblər İran üçün qəbuledilməz dərəcədə sərtdir. /APA

Milli.Az

Chosen
8
2
milli.az

10Sources