EN

Azərbaycanın ən böyük və kiçik bankı hansıdır?

ain.az, Azpost portalına istinadən məlumat verir.

Azərbaycanda aktivlərinin həcminə görə ən böyük və kiçik banklar məlum olub. 

FED.az biznes və maliyyə portalı RENKİNQ-in hesablamalarına istinadən xəbər verir ki, 2026-cı ilin 1-cü rübünün yekunları üzrə ölkənin ən böyük bankı – bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankıdır. Rübün sonuna ABB-nin aktivlərinin həcmi 14 milyard 310 milyon manat təşkil edir. Aktivlərin həcminə görə, 2-ci pillədə bank sektorunun liderlərindən olan «Kapital Bank» dayanır – 11,8 milyard manat. «Paşa Bank» 9 milyard manatlıq aktivlərdə ilk 3-lüyü qapayır.

Son bir ildə bankların aktiv həcmi üzrə renkinqində yerlər dəyişməyib.

Ölkənin ən kiçik bankları da bir il əvvəl olduğu kimidir – cədvəlin sonunda İran Milli Bankının Bakı filialına «Bank Avrasiya» qonşuluq edir.

Bu bankların aktivləri müvafiq olaraq 121 milyon manat və 214 milyon manatdır. Son bir ildə İran bankının aktivləri 1 milyon manat, «Bank Avrasiya»nın aktivləri isə 18 milyon manat artsa da, cədvəlin son pilləsindən çıxa bilməyiblər.

2026-cü ilin 1-ci rübünün nəticələrinə görə, ölkədə 1 bankın aktivləri 3 milyard manatdan artıqdır – «Xalq Bank», bu göstəricidə son bir ildə dəyişiklik yoxdur. 3 bankın aktivləri isə 2 milyard manatdan artıqdır, bunlar «Bank Respublika» (2,6 milyard manat), «Azər Türk Bank» (2,2 milyard manat) və «Unibank»dır (2,2 milyard manat). Bir il əvvəl aktivləri 2 milyard manatdan artıq olan cəmi bir bank vardı – «Bank Respublika».

Ümumilikdə 2026-cı ilin 1-ci rübünün nəticələrinə görə, ölkədə 12 bankın aktivləri 1 milyard manatdan artıqdır. Bir il əvvəl  milyardlıq bankların sayı 11 idi.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
3
azpost.info

4Sources