EN

Avropa çempionatının son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Azərbaycanın daha 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən və bu gün başa çatacaq Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, yarışın son günündə Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

Avropa çempionatı

100 kq, 1/16 final

Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final

Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə

+78 kq, 1/16 final

Madina Kaisinova – Elis Startseva (Rusiya)

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Chosen
45
16
far.az

10Sources