Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 1/8 finalda Yaroslav Davıdçuku (Ukrayna) üstələyib.
Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) ilk rəqiblərinə yenilərək mübarizəni dayandırıblar.
Avropa çempionatı bu gün yekunlaşacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Toğrul
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.