EN

Messi dubl etdi

“İnter Mayami” MLS-in müntəzəm mövsüm oyunu çərçivəsində “Kolorado Rapids”in qonağı olub.

Publika.az xəbər verir ki, dramatik keçən görüşdə qapılara 5 qol vurulub və Florida komandası səfərdə 3:2 hesabı ilə qalib gəlib.

Mayamililərin ulduzu Lionel Messi bu görüşdə dubl edib. Argentinalı ulduz əvvəlcədən 18-ci dəqiqədə penaltidən fərqlənib. 79-cu dəqiqədə isə uzun reytdini qolla tamamlayıb.

38 yaşlı futbolçu cari MLS mövsümündə 7 qolla bombardirlər yarışında “Neşvil”dən Sem Surric və “Dallas”dan Petar Musa ilə zirvəni bölüşür.

Chosen
26
1
publika.az

10Sources