İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə ölkəsinin zənginləşdirilmiş uranı ABŞ-a təhvil vermək niyyətində olmadığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyinə verdiyi müsahibəsində bildirib.
Diplomat deyib ki, zənginləşdirilmiş materialların ABŞ-a göndərilməsi qəbulolunmazdır və Tehran mövcud narahatlıqları nəzərdən keçirməyə hazır olsa da, qeyri-məqbul şərtləri qəbul etməyəcək.
Xətibzadə həmçinin İranın Amerika tərəfi ilə yeni danışıqlar raundu keçirməyə hazır olmadığını vurğulayıb.