EN

Yumurta min bir dərdin dərmanıdır

Bakı, 19 aprel, AZƏRTAC

Uzunmüddətli araşdırmanın nəticələrinə görə, hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün çox faydalıdır.

AZƏRTAC xəbər verir ki, yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır. Ürək-damar sağlamlığını dəstəkləyir, “yaxşı xolesterin” (HDL) səviyyəsini tarazlayır və damar tutulması riskini azaldır.

Tədqiqatlar nəticəsində məlum olub ki, süfrədən yumurtanı əskik etməyənlərdə ürək tutması və insult ehtimalının da daha aşağı olduğu bildirilir.

Yumurtada olan A, B12, D, E vitaminləri, omeqa-3, həmçinin lutein və zeaksantin göz sağlamlığı üçün faydalıdır. Uzunmüddətli istifadə katarakta və sarı ləkə xəstəliyi riskini də azaldır.

Yumurtadakı kolin maddəsi beyin hüceyrələrinin qorunmasına kömək edir, insult riskini azaldır. Tərkibindəki sink və kükürd isə əzələ gücünü artırır, saç və dırnaq sağlamlığını dəstəkləyir.

Chosen
26
5
azertag.az

6Sources