EN

Ceyhun Bayramov Yəmənin baş naziri ilə regional təhlükəsizliyi müzakirə edib

Bakı. Trend:

18 aprel tarixində Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsindəYəmən Respublikasının baş naziri, xarici işlər və xaricdə yaşayanyəmənlilər naziri Şaya Mohsin Zindani ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflərAzərbaycan ilə Yəmən arasında siyasi dialoqun cari vəziyyətinimüzakirə edərək, diplomatik təmasların intensivləşdirilməsininvacibliyini vurğulayıblar.

Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək məsələləridiqqətə çatdırılıb, tərəflər BMT və İslam Əməkdaşlıq Təşkilatıçərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bu çərçivədəİslam Əməkdaşlıq Təşkilatının növbəti il ölkəmizdə təşkil ediləcəksammitinin əməkdaşlığın daha da genişlənməsi üçün vacib platformaolduğu vurğulanıb. Bununla yanaşı, bu il təşkil ediləcək ÜmumdünyaŞəhərsalma Forumunun həmçinin Azərbaycanın şəhərsalma sahəsindətəcrübəsi barədə məlumat verilməsi baxımından əhəmiyyəti qeydolunub.

Regional təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb, İranətrafında vəziyyətin sabitləşməsinin və deeskalasiyanın vacibliyiqeyd olunub. Yəməndə mövcud humanitar vəziyyət və sabitliyinbərpası istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında müzakirələr aparılıb.

Chosen
52
az.trend.az

1Sources