Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb.
Â
Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
Â
"Gözlənildiyi kimi, Yer kürəsində maqnit qasırğası başlayıb. Hazırkı səviyyə G1-dir ki, bu da 5 ballıq şkala üzrə minimumdur. Qeyri-sabit geomaqnit vəziyyətinin ümumi müddəti olduqca əhəmiyyətli ola bilər - beş gündən yeddi günə qədər, lakin kəskin faza, hesab edildiyi kimi, yalnız ilk bir-iki gün davam edəcək və həftəsonunu əhatə edəcək", - deyə məlumatda qeyd edilib.
Â
Oxu.az xatırladır ki, əvvəlki günlərdə sürətli Günəş küləyi axını səbəbindən Yer kürəsində maqnit qasırğalarının başlayacağı bildirilmişdi. Maqnit qasırğasının gücünün G2 səviyyəsinə qədər arta biləcəyi, lakin daha yüksək səviyyələrə keçməyəcəyi ehtimal edilir.