EN

Meloni bu məqsədlə Azərbaycana gəlir

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Roma ilə Bakı arasında siyasi dialoqu davam etdirmək və enerji əməkdaşlığını gücləndirmək üçün yaxın həftələrdə Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Euronews"un məqaləsində deyilir.

Qeyd olunur ki, Meloninin may-iyun aylarında Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Məqalədə vurğulanır ki, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının tədarükü Roma və Bakı arasındakı münasibətlərin əsas sütunu olaraq qalır.

TAP Xəzər regionunu Avropa ilə birləşdirən daha geniş Cənub Qaz Dəhlizinin bir hissəsidir.

"Trans Adriatic Pipeline AG" (TAP AG) konsorsiumunun idarəedici direktoru Luka Skiepatti qeyd edir ki, boru kəmərinin kommersiya istismarına başlandığı vaxtdan bəri İtaliyaya 47,5 milyard kubmetrdən çox təbii qaz tədarük edilib.

Chosen
21
9
publika.az

10Sources