AZ

Meloni enerji əlaqələrini gücləndirmək üçün Azərbaycana səfər edəcək

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İtaliyanın Baş naziri Ciorcia Meloni Roma ilə Bakı arasında siyasi dialoqu davam etdirmək və enerji əməkdaşlığını gücləndirmək üçün yaxın həftələrdə Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "Euronews"un məqaləsində deyilir.

Qeyd olunur ki, Meloninin may-iyun aylarında Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Məqalədə qeyd olunur ki, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının tədarükü Roma və Bakı arasındakı münasibətlərin əsas sütunu olaraq qalır.

TAP Xəzər regionunu Avropa ilə birləşdirən daha geniş Cənub Qaz Dəhlizinin bir hissəsidir.

"Trans Adriatic Pipeline AG" (TAP AG) konsorsiumunun idarəedici direktoru Luka Skiepatti qeyd edir ki, boru kəmərinin kommersiya istismarına başlandığı vaxtdan bəri İtaliyaya 47,5 milyard kubmetrdən çox təbii qaz tədarük edilib.

O qeyd edib ki, TAP vasitəsilə Avropaya ümumilikdə 57 milyard kubmetr qaz çatdırılıb ki, bu da təchizat marşrutlarının şaxələndirilməsinə və Avropa enerji sisteminin sabitliyinə töhfə verir.

O, həmçinin qeyd edib ki, İtaliya TAP vasitəsilə nəql olunan Azərbaycan qazının əsas təyinat yeri və Avropa bazarına boru kəməri ilə tədarük üçün əsas giriş nöqtəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
4
azpolitika.info

10Mənbələr