EN

Premyer Liqa: “Yunayted”dən minimalhesablı qələbə

İngiltərə Premyer Liqasında XXXIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Bornmut” səfərdə “Nyukasl”la qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu mövsüm istədiyi nəticələri əldə edə bilməyən “Tottenhem” bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Komanda öz meydanında “Brayton”la 2:2 hesablı heç-heçə edib.

Turun mərkəzi matçı isə Londonda baş tutub. “Çelsi” azarkeşləri önündə “Mançester Yunayted”i sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyini bir qol həll edib. Mateuş Kunyanın 43-cü dəqiqədə vurduğu qolla “qırmızı şeytanlar” rəqibini minimal hesabla üstələyib – 1:0.

Qeyd edək ki, turnir cədvəlinə 70 xalla “Arsenal” liderlik edir. Ondan bir oyun az keçirən “Mançester Siti” 64 xalla ikinci, 58 xala malik “Mançester Yunayted” isə üçüncü pillədə qərarlaşıb.

Super Liqa: “Fənər” “Rizəspor”la bacarmadı

A Seriyası: Lider 3 xalı 4 qolla qazandı

Bundesliqa: XXIX tura yekun vurulub

Super Liqa: “Qalatasaray”dan kritik xal itkisi

“Çelsi” evdə, “Tottenhem” səfərdə məğlub oldu

Chosen
15
5
apasport.az

6Sources