İngiltərə Premyer Liqasında XXXIII turun oyunları davam edir.
Milli.Az xəbər verir ki, günün ilk matçında "Bornmut" səfərdə "Nyukasl"la qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövsüm istədiyi nəticələri əldə edə bilməyən "Tottenhem" bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Komanda öz meydanında "Brayton"la 2:2 hesablı heç-heçə edib.
Turun mərkəzi matçı isə Londonda baş tutub. "Çelsi" azarkeşləri önündə "Mançester Yunayted"i sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyini bir qol həll edib. Mateuş Kunyanın 43-cü dəqiqədə vurduğu qolla "qırmızı şeytanlar" rəqibini minimal hesabla üstələyib - 1:0.
Qeyd edək ki, turnir cədvəlinə 70 xalla "Arsenal" liderlik edir. Ondan bir oyun az keçirən "Mançester Siti" 64 xalla ikinci, 58 xala malik "Mançester Yunayted" isə üçüncü pillədə qərarlaşıb. /Apasport.az
Milli.Az