ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın paytaxtı Tbilisidə iki nəfər soyğunçuluqda ittiham olunaraq saxlanılıb, daha bir nəfər barəsində qiyabi ittiham irəli sürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılanlar 25 və 26 yaşlı Gürcüstan və Rusiya vətəndaşlarıdır. İstintaq müəyyən edib ki, onlar əlbir olduqları digər şəxslə birlikdə aprelin 14-də iki nəfəri aldadaraq Tbilisidə yerləşən mənzilə gətirib silahla hədələyərək 181 min dollar, eləcə də zinət əşyaları və qol saatlarını ələ keçiriblər.
Cinayətdən sonra hər üç şəxs hadisə yerindən qaçıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin kimliyi müəyyən edilib və onlardan ikisinin yeri aşkar olunub. Yaşayış ünvanlarında aparılan axtarış zamanı cinayətdə istifadə olunan əşyalar - odlu silah, yapışqan lent və qadın pariki götürülüb.
Nazirlik oğurlanan pul və digər əşyaların tapılıb-tapılmadığını açıqlamayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi (qrup halında törədilmiş soyğunçuluq) ilə araşdırma aparılır. Bu maddə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.