Türkiyənin "Fənərbaxça" klubunun doğma meydanda "Çaykururizespor"la bərabərə qalaraq çempionluq uğrunda mübarizədə ağır yara alması futbol mütəxəssislərini qəzəbləndirib. Metbuat.az xəbər verir ki, tanınmış futbol şərhçisi Nihat Kahveci klub rəhbərliyi və futbolçuları sərt tənqid edib. Kahveci "Fənərbaxça"nın azarkeşlərin psixologiyasını korladığını bildirib: "On bir ildir eyni şeylər təkrar olunur. On bir ildir azarkeşlərə ümid verib sonra o ümidi dəfn edirlər. Qışın soyuğunda, yayın istisində sənin üçün stadiona gələn, sənin üçün fədakarlıq edən tərəfdarla bu cür rəftar etməyə haqqınız yoxdur. Səksən həftə sonra lider olmaq şansın yaranıb. Bu şansı necə əldən vermək olar?! Bu cür səhvlərlə azarkeşləri dəli olmaq həddini çatdırmısınız. Yetər! Hər şeyin bir həddi var!"Qeyd edək ki, matçdan sonra "Fənərbaxça" azarkeşləri futbolçuları protesto edib və klub prezidenti Sadettin Saranı istefaya çağırıblar.