EN

Azərbaycanlı futbolçunun cəzalı olduğu matçda komandası məğlub oldu

Albaniyada futbol üzrə Superliqanın 32-ci turuna start verilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Flamurtari”ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Əliyev sarı vərəqə limitini aşdığı üçün cəza səbəbindən bu oyunu buraxıb.

Hazırda “Eqnatiya” 54 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

saytlarin hazirlanmasi

Chosen
47
1
sportal.az

2Sources