Aprelin 19-da Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.