EN

Tramp: İspaniyanın maliyyə göstəriciləri sadəcə dəhşətlidir

"NATO-ya və öz müdafiəsinə faktiki olaraq sıfır töhfə verməsinə baxmayaraq, İspaniyanın maliyyə göstəriciləri sadəcə dəhşətlidir".

Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İspaniyanın maliyyə göstəricilərindən danışarkən bildirib.

"İspaniyanın acınacaqlı vəziyyətini kimsə görübmü? NATO-ya və ya öz müdafiəsinə demək olar ki, heç bir töhfə verməməsinə baxmayaraq, onun maliyyə göstəriciləri sadəcə dəhşətlidir. Bunu görmək kədərlidir", - deyə Amerika lideri "Truth Social"da yazıb.

Daha əvvəl İspaniyanın müdafiə naziri Marqarita Robles ABŞ-nin Hörmüz boğazını blokadaya almaq qərarını pisləyərək, bunun "mənasız" olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
1
olaylar.az

2Sources